“Səbail” “Kəpəz”i səfərdə darmadağın etdi, "Keşlə" uduzmadı

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub. “Kəpəz” Yevlaxda “Səbail”i qəbul edib. Qarşılaşma qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb.

 

Günün digər oyunu “Keşlə” ilə “Zirə” arasında keçirilib. Bu oyunda isə qalib müəyyənləşməyib. İlk oyun günündə “Qarabağ” “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

 

"Kəpəz" – "Səbail" 0:4
Pərviz Qaraxanov, 1. Raul Yaqubzadə, 23. Asif Mirili, 60. Emil Həsənzadə, 66-pen.

 

"Keşlə" – "Zirə" 1:1
Ürfan İsmayılov, 48 - Müşfiq İlyasov, 29.

Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

 

Tarix: 19 Noyabr 22:42    Oxunub: 209    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.