Nazarovla Eratın dueli II Bundesliqada baş tutmadı

Almaniya ikinci Bundesliqasında 14-cü turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” hesabat turunda millimizin sabiq futbolçusu Toğrul Eratın komandasıyla – “Duysburq”la üz-üzə gəlib.

 

Aue klubu Duysburq səfərində böyük hesabla uduzub 0:3. Futbolçularımızın heç biri bu darmadağının iştirakçısı olmayıb.

 

Nazarov qırmızı vərəqə cəzalısı olduğu üçün komandasına kömək edə bilməyib. Eratın oynamamasının dəqiq səbəbi bəlli deyil.  “Duysburq” hazırda 19 xalla 18 iştirakçı arasında 9-cu, “Ersgebirge” 11-ci pillədə qərarlaşıb.

Tarix: 19 Noyabr 21:54    Oxunub: 113    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.