"Elnur Cəfərovu öldürüb, basdırdıq, getdi"

Premyer Liqanın 12-ci turunda evdə “Qəbələ”yə uduzan (2:3) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb. 

 

Sportinfo.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib: 

 

- Maraqlı oyun alındı. Sürətli, yaxşı keçdi. Təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudu. Təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri komandanın tam hazır olmamasıdı. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi ola bilsin hələ çox məyus etsin. Bu oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq.

 

Nizami Hacıyev “Neftçi”yə keçəcəyini deyib. Başqa neçə transfer düşünürsüz?
- Təməldə çox şey var. İlk növbədə funksional hazırlıq durur ki, bu da yoxdu. Ardıcıl 4 qələbədən sonra düşünürdüm ki, əvvəlki dövrə qayıdacaq. Çünki komandada psixoloji hazırlıq dönəmi olmamışdı. İkinci hissədə dəyişiklik edəcəyim 2 futbolçu var idi: Mirabdulla və Namiq. Limitdə də elə bir oyunçu yox idi. Demirəm ki, mənim komandam olsaydı, daha yaxşı olardı. Ancaq fasilədə hücum xəttində daha səviyyəli futbolçular dəvət olunmalıdı. “Qəbələ” bu cəhətdən fərqlənirdi. Azərbaycanda belə oyunçu azdı. Onlardan biri də Nizamidi. Deyibsə, deməli, düzdü. Söhbətimiz var, amma tam razılıq əldə olunmayıb. Çünki klubu ilə müqaviləsi var. Komandaya cəlb olunacaq yerli futbolçu yoxdu. Aşağı yaş qrupunda da elə bir oyunçu yoxdu. Problem böyük olaraq qalır.

 

“Qəbələ”nin ilk qolundan əvvəl əsəbləşməyiniz nə ilə bağlı idi?
- İlk qoldan əvvəl top rəqib oyunçudan çıxsa da, künc zərbəsi verildi. Mən hər zaman top olan istiqamətə baxıram. Bunu da açıq-aşkar gördüm. Fasilədə də videotəkrara baxıldı. Bu etiraza da haqqımız var.

 

2:3-dən sonra Seqoviyanı oyuna buraxmağınız gözlənilirdi...
- Seqoviya iki həftəyə yaxın zədədən əziyyət çəkib. Son 4 gündə məşqlərə başlayıb. Heç kimin haqqını yeməmişəm, həmçinin Seqoviyanın da. İstərdim ki, iki hücumçu ilə oynayaq. Amma Seqoviya buna hazır deyildi.

 

Liderlərə qarşı oyunlarda hesabda önə keçsəz də, sonda məğlub olursuz...
- Baxır necə müdafiə olunasan. Çalışıram hücum futboluna üstünlük verim. Futbolun gözəlliyi hücum futboludu. “Zirə” və “Qəbələ”yə 1:2 uduzduğumuz oyunlarda da çalışdıq hücum futbolu oynayaq. Müdafiəyə çəkildik və qol buraxdıq. Bu, futbolçuların səviyyəsindən irəli gələn məsələdi. Bunu meydanda oyunçular özləri qərarlaşdırırlar ki, necə müdafiə olunsunlar. Bugünkü son qolda da bu, hiss olundu. Mənim strategiyamda gözəl oyun və hücum futboludu.

 

Elnur Cəfərovla danışmısınızmı?
- Mətbuatdakı yazılarla onu “öldürüb, basdırmalıyıq”. Onunla ilk görüşüm olanda Elnur üzr istədi. Amma ikinci məsələdə kimisə debata çağırması məsələsinin yalan olduğunu bildirdi. Amma mən onu cəzalandırdım. Milli komanda qürur yeridi. Mən yığmaya görə karyeramı sual altına da atmışam. Milliyə gedib şərəflə formasını geyinməliyik. “Neftçi” SSRİ dönəmində milli komanda olub. Bu klubun 80 illik tarixi var. Bu klub 1911-ci ildən çıxış edir. Bu, tarixdə var. Amma 1937-ci il göstərilir. Biz həyatda insanı silirik. Elnuru silmək asandı, Elnuru da siləcəm, gedəcək. Amma sabah gedib başqa yerdə oynayanda, insan kimi püxtələşsin. Cavan uşaqdı, onu düz yola dəvət etməli, dəstək olmalıyıq. Özündən çox şey asılıdı. Limiti indi yox, mövsümün əvvəlində düşünmək lazım idi. Krivotsyukun alternativi yoxdu. Elnur Cəfərovu öldürüb, basdırdıq, getdi. Fəhminin də ağır zədəsi var. Mövsümün əvvəlində bunlar həyata keçməli idi. Əlimizdə olan materialdan istifadə edəcəyik. Qərarı verəndə onun zədəli olub-olmadığını bilmirdim. Demişdim ki, yazın, Elnur cəzalanır. Yanvarda əvəzedici heyətdə baxılacaq. 99 faiz komandadan gedəcək. 1 faiz şansı var, bu da özündən asılıdı. Yeni alternativ futbolçular cəlb olunacaq.

 

Onun müalicəsinin ilkin nəticələri nə göstərir?
- Bilmirəm, maraqlanmamışam. Yığmada zədə alıb, yığma maraqlanmalıdı. Durumu haqqında çox yazdılar. Şəxsiyyət olaraq çalışacağıq. Amma hər şey özündən asılıdı.

 

Komandanın mövsümün əvvəlində tam formalaşmamasının günahı kimdədi: Elxan Abdullayevdə, yoxsa rəhbərlikdə?
- Futbolçunu rəhbərlik yox, məşqçilər yığır. Burda tək günah Elxan Abdullayevdə deyil. Məşqçilər korpusu var. Limit məsələsində olan budu. Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq.

 

Barqas və Errera ilə yeni müqavilə imzaladız. Onları isə əvvəlki baş məşqçi gətirib...
- Onlarla mən müqavilə imzalanmasını istəmişəm. Futbolçunu məşqçilər heyəti götürür. Hamını göndərsəm, yeni komandanın anlaşması üçün nə qədər vaxt tələb olunur. Onlarla və Rəhman Hacıyevlə müqavilə müddətinin uzadılmasını istədim.

 

Ehtiyatda qalan futbolçularla qışda yollarınızı ayıracaqsınız?
- Qərarı artıq yazmısınız. Bu məlumatı sizə kimin çatdırdığını bilirəm. Kimin gedəcəyi yanvarın 4-dən sonra bəlli olac

Tarix: 19 Noyabr 21:30    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.