"Təklif gələrsə dəyərləndirərəm, sadəcə məndən asılı deyil"

Dünya Çempionatından kənarda qalaraq tarixi uğursuzluqla üzləşən, ardınca Qiampiero Venturanı qovan İtaliya millisində yeni baş məşqçi axtarışları davam edir.
 
Sportinfo.az xəbər verir ki, Federasiyanın bu istiqamətdə götür-qoy etdiyi bir vaxtda sürpriz namizəd ortaya çıxıb. "Nant"ın çalışdırıcısı Klaudio Ranieri yığmanın sükanı arxasına keçə biləcəyini açıqlayıb. Ancaq italyan mütəxəssis bunun sadəcə ondan asılı olmadığını deyib: "Təklif gələrsə dəyərləndirərəm. Ancaq "Nant" ilə müqaviləm var. Sadəcə məndən asılı deyil".
 
Baş məşqçi postuna digər namizədlər - Allegri, Konte və Ancelotti barədə də danışan 66 mütəxəssis, bir plana ehtiyacları olduğunu deyib:
 
"Nə etməli olduqlarını yaxşı düşünməlidilər. Bir planla vəzifəyə gəlinməlidi. İtaliyadakı problemin baş məşqçi olmadığını düşünürəm. Bəzi şeyləri dəyişdirməliyik. İtaliya millisi 60 ildir Dünya Çempionatını buraxmamışdı, ancaq görünür bəzən ən dibə qədər yuvarlanmaq lazım olur".
Tarix: 19 Noyabr 16:45    Oxunub: 437    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.