"Qarabağ" - "Sumqayıt" matçında kütləvi dava - VİDEO

Premyer Liqanın XII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçında kütləvi dava baş verib.

 

Sportinfo.az xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.

 

Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları "Qarabağ Ordusu" azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb.

 

 

Tarix: 19 Noyabr 12:28    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.