“Qarabağ”ın yolunu gözləyən "Roma" əzəli rəqibinə qalib gəldi - VİDEO

İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda əzəli rəqibi “Latsio” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi 3 qolun qeydə alındığı paytaxt derbisindən qalib ayrılıb - 2:1.

 

“Canavarlar”ın ilk qolunu 49-cu dəqiqədə penaltidən fərqlənən Dieqo Perotti vurub. 53-də isə Raca Naynqqolan hesab arasındakı fərqi artırıb.

 

“Latsio” yalnız 72-ci dəqiqədə penaltidən vurduğu təsəlli qoluna sevinə bilib. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 30 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

 

Tarix: 19 Noyabr 12:02    Oxunub: 85    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.