Azərbaycanlı futbolçu avtomobili ilə lovğalandı: "Niyə xəcalət çəkmir?”

Bakıda Almaniyaya öz meydançasında 0:7 hesabı ilə məğlub olan gənclərdən ibarət Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov sosial şəbəkələrdə özünün bahalı maşınının şəklini yerləşdirib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanın qocaman futbol mütəxəssisi, milli komandamızın keçmiş baş məşqçisi Ağasəlim Mircavadıv futbolçunun bu hərəkətinə belə reaksiya verib:

 

“Əgər milli komandanın formasını geyirsənsə, bunun məsuliyyətini dərk etməlisən. Etmirsənsə, komandada işin yoxdu.

 

Belə oyunlardan sonra gizlənmək lazımdır məşqə isə üzünü bağlayaraq gəlməlisən. Mən meydançada deyildim, amma bu oyundan sonra xəcalət çəkirdim. Bəs futbolçular niyə xəcalət çəkmir?”

 

Tarix: 19 Noyabr 11:36    Oxunub: 673    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.