“Kəpəz”I yeyib-satan və aradan çıxmaq istəyən Şahin Diniyev

“Kəpəz”I bundan sonra bir başqası çalışdıracaq. Şahin Diniyevin Gəncəyə ikinci qayıdışı uğultulu alınsa da, uğursuz bitdi.

 

İlk mövsümündə Avropa Liqasına vəsiqə qazanmağın və klub tarixində birinci dəfə mərhələ adlamağın keyfini çıxarmaq ona baha oturdu.

 

Ötən “futbol ili”ni sadəcə yola verən Diniyevin işləri cari mövsümün əvvəlindən düz gətirmədi. Komanda ardıcıl məğlubiyyətlərı sıralayanda, o, iddia edirdi ki, səbəb Gəncədən uzaq düşmələridi, stadion hazır vəziyyətə gətirilsin, hər şey qaydasına düşəcək.

 

AFFA-nın hesabına yenilənən qazon da hazır oldu, geri də qayıtdılar, işlər qaydasına düşmədi ki, düşmədi! Düşməz də, Diniyev heyəti hər yay cibinə uyğun quranda, “bığının altından keçməyənləri” düşərgəyə almayanda, bilməli idi ki, günlərin birində ilişəcək.

 

Mehman Allahverdiyevi – “Kəpəz”I yaradan və yaşadan şəxsi, ən titullu keçmiş baş məşqçini, prezident və idman direktorunu, ona yaxın şəxslərin hamısını bir-bir, bir-birinin ardınca  burden uzaqlaşdıranda, yenə bilməli idi ki, qazdığı quyuya bir gün özü də düşəcək.

 

Tez yaddan çıxardı ki, o, Gəncədə çalışır və bu şəhərin azarkeşinin siması, üzü birdi, onları “əsl” və “saxta” kateqoriyalarına ayırmaq yolverilməzdi. Diniyev bu səhvi etdi, 3-5 nəfəri qəpik-quruşla tərəfinə çəkdi, ələ aldı, zənn etdi ki, bununla Himalayın ən uca zirvəsini fəth edəcək, dəyib-dolaşanı olmayacaq, xımır-xımır yeyəcək. Ay yedin ha..!


O, yenə gecikdi. Yaş yaşın üstünə gəlsə də, həminki adamdı yenə. Qətiyyən dəyişməyib, düzəlməyib, əməllərinə çəki-düzən verməyib. Mikayəl Nərimanoğlunun – onu “Kəpəz”ə gətirmiş, 3 ilə yaxın müddətdə daim arxasında dayanmış, qorumuş, üstünə çətirini sərmiş, ən gərgin anlarda tək buraxıb getməmiş, yanında olmuş Müşahidə Şurasının üzvünün ayrılmasından sonar vəzifədə qalmalıə deyildi, elə həm gün istefa ərizəsi yazmalıydı.

 

Əməli olmayan, haqqında heç də yaxşı fikirlər səsləndirilməyən, arxasınca ağ iz buraxmayan Diniyev ümid edirdi ki, komandası “Səvail”i evdə udacaq, o isə ən azı növbəti turadak vaxt. Gözündə qaldı. Qiyamət indən belə qopacaq. Yeyinti ilə bağlı son məlum qalmaqallarda Nərimanoğlunun adı birinci çəkilir, hər şey onun adına çıxılır, suçlu qismində təqdim olunur. Auditin nəticələri hələ açıqlanmaya-açıqlanmaya.

 

“Kəpəz”də nə olubsa, Diniyevin iştirakı ilə olub, bu şəkildə yaxasını kənara çəkə bilməz. Dünənki istefa aradan sivişib çıxmaq məqsədi daşıyır, başqa niyyəti yox. Gəncədə artıq quru divarların da üstünə gəldiyini görən Diniyev yığdığını yığıb. Bir az oğlu Kərim, qalanını da özü. Ayda bank kartına 10500 manat köçürülən, bunun yalnız 7000-nin ona çatdığını söyləyən baş məşqçi bu aralar dörd bir tərəfdən təzyiqlə üzləşib ki, kreslonu boşaldıb.

 

Rəsmi maaşı ilə yanaşı, komandadaxili “əməliyyatlar”dan qazanmağa aludə olan Diniyev bulaşdığı çirkabı, ləkəni uzun illər üstündən təmizləyə bilməyəcək. Topladıqları hələ uzun müddət dolanışığını qarantiya altına alsa da. 

 

MUSA

Tarix: 19 Noyabr 11:23    Oxunub: 648    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.