“Qəbələ” “Neftçi” ilə öz arasında tarazlıq yaradacaq?

Topaz Premyer Liqasının XII turuna yekun vurulacaq.

 

Sportinfo.az xəbər verir ki, həftənin son oyununda “Qəbələ” “Neftçi” ilə görüşəcək. Bakıda keçiriləcək qarşılaşma “Bakcell Arena”da baş tutacaq.

 

Bu görüş iki komanda arasında 41-ci qarşılaşma kimi tarixə düşəcək. İlk dəfə 2006-cı il sentyabrın 30-da üz-üzə gələn “Qəbələ” və “Neftçi” indiyədək 40 dəfə üz-üzə gəlib. Bunlardan 37-si Premyer Liqa, 3-ü isə Azərbaycan kuboku çərçivəsində keçirilib.

 

İndiyə qədər baş tutan matçlarda “Qəbələ” 14, “Neftçi” 15 dəfə qalib gəlib. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, qələbə sayında tarazlıq yaranacaq.

 

Rəqiblər 11 dəfə meydandan bərabərliklə ayrılıblar. Top fərqində isə üstünlük “Qəbələ”nin tərəfindədir. 50 qol vuran komandamız 49 top buraxıb. “Bakcell Arena”da vurulacaq ilk qol duellərdə yubiley – 100-cü olacaq.


Əvvəlki 40 oyunda “Qəbələ”nin ən yaxşı bombardiri Dodonun hesabında 4 qol var. Aleksey Qay, Baqali Dabo, Lorentso Ebesilio və Yannik Kamanan hərəyə 3 dəfə fərqlənib. 


Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar bütün qələbələrini Premyer Liqada əldə edib və 8 heç-heçə ilə ayrılıblar.

 

Premyer Liqada “qırmızı-qaralar” 47 qol vurub və 46-nı buraxıblar.  Kubokda iki dəfə penaltilər seriyası zərurəti yaranıb ki, onların da nəticəsi ümumi balansda nəzərə alınmayıb.


“Qəbələ” rəqib meydanında keçirdiyi 19 matçda 7 dəfə 3 xal əldə edib və eyni sayda məğlubiyyətə üzülüb. Bu matçlardan beşində qalib müəyyənləşməyib. Səfərdə 24 qola sevinən komandamız öz qapısında 22 top görüb.
 
“Qəbələ” – “Neftçi”: Bütün oyunlar
 
2006/07 mövsümü
30.09.2006. Premyer Liqa. Neftçi (Bakı) - Gilan (Qəbələ) - 4:1
Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86
 
03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi (Bakı) - 1:4
Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2
 
2007/08 mövsümü
26.08.2007. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0
Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87
 
02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:3
Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)
 
2008/09 mövsümü
 
24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1
Oleq Gerasimyuk, 39
 
01.03.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0
 
2009/10 mövsümü
 
21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0
Kristian Torres, 80
 
10.12.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:1
Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73
 
03.04.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2
Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5
 
09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:0
 
2010/11 mövsümü
 
15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:2
Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76
 
21.11.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0
 
2011/12 mövsümü
 
18.09.2011. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0
Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85
 
20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0
Aleksandr Çertoqanov, 39
 
11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1
Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66 
 
11.05.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1
Amil Yunanov, 87
 
2012/13 mövsümü
 
18.08.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 3:0
Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56
 
03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:1
Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32
 
21.04.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1
Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15
 
14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:1
Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13 
 
2013/14 mövsümü
 
04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2
Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56
 
15.12.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1
Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)
 
09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2
Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.
 
02.05.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2
Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90
 
22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3
Marat İzmaylov, 70 // Samir Məsimov, 52
 
2014/15 mövsümü
 
21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0
 
29.11.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0
 
15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:3
Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87 
 
17.04.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:3
Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86
 
2015/16 mövsümü
 
17.10.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1
Aleksey Antonov, 90 
 
13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1
Filyo Jairo Rodriges, 22 
 
05.03.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2
Salas Quinta Antonio, 26 //  Rafael Santos, 52, Rəşad Eyubov, 90
 
27.04.2016. Azərbaycan kuboku. Neftçi (Bakı) - Qəbələ - 1:1
Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5
 
01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:2
Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 //  Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64 
 
04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi (Bakı) - 1:1
Ermin Zets, 75 // Ruslan Qurbanov, 58
 
2016/17 mövsümü
 
10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8
Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)
 
29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1
Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 
 
03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0
Daniel Subotiç, 77
 
14.03.2017. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:0
Namiq Ələsgərov, 40
 
24.09.2017. Premyer Liqa. Qəbələ – Neftçi (Bakı) – 2:1
Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48

Tarix: 19 Noyabr 10:31    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.