"Qarabağ"la mövsümün ən vacib oyununa çıxacağıq" - Konte

"Biz hücumçularımız arasında əla əlaqənin olduğunu göstərdik. Bu görüş asan oldu, çünki çox yaxşı oynadıq".

 

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin baş məşqçisi Antonio Konte səfərdə "Vest Bromviç"i 4:0 hesabı ilə yendikləri İngiltərə Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.


48 yaşlı mütəxəssis bildirib ki, böyükhesablı qələbə xüsusən vacib görüşlərin olduğu indiki şəraitdə komandada özünəinam hissinin yaranması üçün çox vacibdi.


O, noyabrın 22-də Bakıda "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin V tur qarşılaşmasını belə dəyərləndirib:


"Çərşənbə günü mövsümün ən vacib oyunu olacaq. Qələbə bizi Çempionlar Liqasında növbəti mərhələyə çıxaracaq. Yolumuza belə başlamaq çox pozitiv olardı. Ötən mövsüm biz ardıcıl 13 oyundan qalib ayrıldıq.

 

Hər bir oyun çox çətindir və böyük diqqət tələb edir. Çünki uduza və xal itirə bilərsiniz. Bizim üçün ardıcıl 4 qələbə lazımdır ki, özünəinam hissini qaytaraq.

 

Mövsümə çoxlu problemlə başladıq. Çalışırıq ki, məsələnin düzgün həll yolunu yavaş-yavaş tapaq. Xüsusən, oyunçularımın məhsuldarlıq və əzmkarlığından çox razıyam".

 

İtaliyalı baş məşqçi "Qarabağ"la oyundan cəmi 3 gün sonra səfərdə "Liverpul"la Premyer Liqanın növbəti tur matçına çıxacaqlarına diqqət çəkərək, təqvimdən şikayətlənib:

 

"Biz "Qarabağ"la çərşənbə günü oynadıqdan sonra ertəsi gün səhər saatlarında Londona qayıdacağıq. Şənbə günü isə "Liverpul"a qarşı səfərdə daha bir vacib oyunumuz olacaq.

 

Bu, normaldı? Məncə, yox. Kimsə bu liqada böyük balansın olmasını istəyirsə, təqvimi hazırlayarkən, belə hallara ciddi əhəmiyyət verməlidir".

 

Hazırda "Çelsi" Çempionlar Liqasında 7 xalla 2-ci, İngiltərə Premyer Liqasında isə 25 xalla 3-cü pillədə qərarlaşıb.

Tarix: 19 Noyabr 09:39    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.