"Türmədə idim, kimsə dedi ki, qardaş, qapını aç, çıx" - VİDEO

“Başakşəhər”in ulduzu Emmanuel Adebayor İngiltərə xatirələri barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Adebayor “Mançester Siti”nin heyətində sabiq klubu “Arsenal”a qarşı oyunda qol vurandan sonra yaşadığı emosiyaları bölüşüb. O, “Arsenal”dan “Mançester Siti”yə 2009-cu ildə 29 milyon avroya keçib.

 

Toqolu “Arsenal” azarkeşlərinin həmin oyunda ona qarşı münasibətini də xatırlayıb: “Həmin oyuna 5 min azarkeşin mənim ailəmi necə təhqir etdiyini seyr etmək üçün çıxmamışdım.

 

 

Qol vuranda isə hiss etdim ki, üstümdən ağır yük atdım. Qol vurandan sonra “Arsenal”ın fanat sektorunun qarşısında dizi üstə sürüşüb əllərimi yana açarkən, özümü məğlubedilməz hiss edirdim.

 

Mənə tərəf telefon, butulka - əllərinə keçən hər şeyi atırdılar. Ancaq atılan əşyaların hamısı yanımdan keçirdi, sanki hər şey kinodakı kimi idi.

 

Təəssüratım belə idi: sanki uzun müddətdi türmədəsən və kimsə qapını açıb deyir: “Qardaş, qapını aç və çıx, indi sən azadlıqdasan”.

Tarix: 19 Noyabr 01:00    Oxunub: 357    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.