"Çelsi" Londondan Bakıya 4:0-la gəlir - VİDEO

"Çelsi" İngiltərə Premyer Liqasında XII turun oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, "zadəganlar" səfərdə "Vest Bromviç"lə üz-üzə gəlib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

 

Hesabı 17-ci dəqiqədə Alvaro Morata açıb. Bundan 6 dəqiqə sonra Eden Azar fərqi artırıb. 38-ci dəqiqədə Markos Alonso üçüncü qolu vurub. 63-cü dəqiqədə isə Azar "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib.


Bununla da xallarını 25-ə çatdıran "Çelsi" 2-ci pilləyə yüksəlib. 10 xala malik "Vest Bromviç" isə 17-ci pilləyə enib.

 

"Çelsi" növbəti oyununu noyabrın 22-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.

Tarix: 19 Noyabr 00:40    Oxunub: 64    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.