Millinin sabiq hücumçusu həbs olundu - Terror təşkilatına görə

Türkiyə milli komandasının sabiq futbolçusu Zafer Biryol həbs olunub. 

 

Sportinfo.az xəbər verir ki, 2003/2004 mövsümündə Türkiyə Superliqasının bombardiri olan 41 yaşlı veteran hücumçu İstanbul Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlanılıb.


Həbsin detalları barədə məlumat verilmir.  Türkiyə millisinin heyətində 7 oyun keçirib 1 qol vuran Zafer Biryol karyerası ərzində “Fənərbağça” və “Bursaspor” kimi klubların formasını geyinib.

 

O, 2003/2004 mövsümündə “Konyaspor”un heyətində vurduğu 25 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Tarix: 19 Noyabr 00:10    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.