"O, mənim nəslimdən olan futbolçular üçün yarımallahdı"

“Real”ın futbolçusu Rafael Varan rəhbərliyi altında oynadığı iki məşqçi - Joze Mourinyo və Zinəddin Zidan barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Varan Mourinyonun rəhbərliyi altında oynayarkən əvəzsiz təcrübə qazandığını deyib. O, Zinəddin Zidanın isə yarımallah olduğunu bildirib:

 

“Zidanı xarakterizə etmək üçün söz tapa bilmirəm. O, Fransada mənim nəslimdən olan futbolçular üçün yarımallahdı.

Mourinyonun rəhbərliyi altında isə əvəzsiz təcrübə qazandım. O, əvvəlcə məni meydana buraxmırdı. Onunla söhbət etdim,

 

3 tur sonra isə 19 yaşlı oğlanı “Mançester Siti” ilə oyunda start heyətinə daxil etdi. Bu, mənim üçün yeni çağırış idi. Oyun yaxşı keçdi, bundan sonrası isə əla oldu”.

Tarix: 19 Noyabr 00:00    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.