İbra dünya çempionatında İsveçə kömək etmək istəyir

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər. 

 

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında həmvətənlərinə kömək etmək istəyir.


Bu il aprelin 20-də Avropa Liqasının 1/4 final mərhələsində Belçika “Anderlext”i ilə görüşdə ağır zədə alan forvard artıq zədəsini sağaldıb.

 

Onun noyabrın 18-də “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının XII turunda “Nyukasl”a qarşı keçirəcəyi ev oyununda meydana qayıtma ehtimalı var.

 

Lakin təcrübəli forvard mundialda iştirakı ilə bağlı yekun qərarını cari mövsüm başa çatdıqdan sonra verəcək.

 

Zlatan İbrahimoviç AVRO-2016-dan sonra yığmadan getdiyini açıqlayıb. O, 2001 – 2016-cı illərdə İsveç milli komandasının heyətində 116 oyuna 62 qol vurub.

Tarix: 18 Noyabr 11:49    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.