BP-nin regional prezidenti: “Çelsi” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm"

“AFFA prezidenti Rövnəq Abdullayev kimi, mən də futbol azarkeşiyəm”.
 
Sportinfo.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.
 
Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharı keçirilib.
 
Yığıncaqda iştirak edən BP-nin regional prezidenti Cons futbol haqda da fikirlərini bildirib. Şotlandiyalı Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubuna azarkeşlik etdiyini deyib.
 
O, noyabrın 22-də Britaniya təmsilçisi “Çelsi” ilə Bakıda keçiriləcək qarşılaşmada da komandamızı dəstəkləyəcəyini vurğulayıb:
 
“Gələn həftə “Qarabağ”ın Çempionlar Liqasında növbəti oyunu keçiriləcək. Onlar “Çelsi”ni qəbul edəcəklər. Sözsüz ki, mən ürəkdən “Qarabağ”a azarkeşlik edəcəm”.
Tarix: 18 Noyabr 09:26    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.