Aparıcı bu xanımdı - FOTO

Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının püşkatma mərasiminin aparıcıları müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, dekabrın 1-də Moskvadakı Kreml sarayında təşkil olunacaq tədbir ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı teleaparıcı Mariya Komandnayaya həvalə olunub.


Mundialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. Dünya çempionatında iştirak etmək hüququ qazanan 32 ölkə 4 səbətə bölünüb.

 

Birinci səbətdə Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, ikincidə İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, üçüncüdə Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, dördüncü səbətdə isə Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliya yer alıb.

Tarix: 18 Noyabr 01:00    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.