"Qarabağ"ın ulduzu: "Buna münasibət bildirməsəm, yaxşı olar"

"Qarabağ" Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

 

Sportinfo.az xəbər verir ki, matçda ilk qolun müəllifi olan Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb. Milli komandamızın üzvü ilk olaraq oyun haqda danışıb:

 

- ÇL-də "Çelsi" ilə oyunöncəsi çempionat matçının burada keçirilməsi bizə yardım olacaq. "Sumqayıt"ı kiçiltmək istəmirəm, hörmətəlayiq komandadır. Biz öz oyunumuzu nümayiş etdirib qalib gəldik.

 

Son turlarda "Qarabağ"ın oyunçuları tez-tez qırmızı vərəqələr alırlar. Bu haqda nə deyə bilərsən?

- Buna münasibət bildirməsəm, yaxşı olardı.

 

"Çelsi" ilə oyun haqda düşüncələrin necədir?

- Çalışacağıq ki, layiqli oyun nümayiş etdirək. Çox çalışmalıyıq.

 

BOS-da Premyer Liqa tarixinin ilk oyunu keçirildi və ilk qolu sən vurdun. Tarixə düşmək sənin nə dərəcədə əhəmiyyətlidir?

- Bunun mənim üçün elə bir önəmi yoxdur. Əsas odur ki, qələbə qazandıq və 3 xalı aktivimizə yazdırdıq.

Tarix: 18 Noyabr 00:20    Oxunub: 239    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.