Milli oyuna çıxmaqdan boyun qaçırdı, 20 min cərimələndi

UEFA Danimarkanın qadınlardan ibarət yığmasına texniki məğlubiyyət verib.

 

Sportinfo.az xəbər verir ki, Danimarka yığması federasiya ilə münaqişə səbəbindən DÇ-2019-un seçmə mərhələsində İsveçlə keçirilən oyuna çıxmaqdan imtina etmişdi.

 

Danimarka Futbol Federasiyası 20 min avro cərimə olunub. Yığma ilə federasiya arasında maliyyə məsələlərində münaqişə yaşanmışdı.

 

UEFA-nın yaydığı məlumatda bildirilir ki, Danimarka yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilib və şərti olaraq 4 il sınaq müddətinə bütün beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Tarix: 18 Noyabr 00:00    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.