VİDEO - Yeniyetmələr arasında Azərbaycan birinciliyinin yekunu

"Sərhədçi" Olimpiya İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, yarışın sonuncu günü 119 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb. 


73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Hacıbala Cəbrayılov, İbrahim Ağakişiyev, Yaqub İsmayılzadə və Toğrul Salmanov ölkə birinciliyində son günün qalibi olub.


Üç gün davam edən respublika birinciliyinin yekununda medalların sayına görə “Neftçi İdman Klubu” birinci (4 qızıl, 2 gümüş, 6 bürünc medal), Təhsil RİM Sumqayıt ikinci (3 qızıl, 1 gümüş) və Təhsil RİOEUGİM-1 isə üçüncü (2 qızıl, 2 gümüş, 1 bürünc medal) yeri tutub.

 

Yarışda yüksək nəticə göstərən yeniyetmə cüdoçulara Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

 

Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perespektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.

 

Tarix: 17 Noyabr 22:32    Oxunub: 60    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.