Döyülən “Qarabağ” azarkeşləri stadionu tərk etdi - FOTO

Premyer Liqanın açılış matçı olan “Qarabağ” – “Sumqayıt” görüşünün birinci hissəsində qalmaqal yaşanıb.

 

Sportinfio.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunun başlamasından az sonra polislə “Qarabağ”ın azarkeşləri arasında münaqişə yaranıb.

 

Ağdam klubunun müxtəlif fan-klublardan olan fanatlarının nəhəng arenada ürəkləri istəyən yerlərdə oturmasına polis tərəfindən icazə verilməyib. Bu isə tərəflər arasında qalmaqala səbəb olub.

 

Nəticədə, polis onlara qarşı zor tətbiq edib. Bir neçə fanat vəhşicəsinə döyülüb. Buna etiraz olaraq, “Qarabağ” azarkeşləri stadionu tərk etməyə qərar veriblər. Saxlanılanlar da var.

Tarix: 17 Noyabr 22:08    Oxunub: 337    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.