"Qarabağ"ın rəqibi yeni stadionun tikintisinə 1,11 milyard avro xərcləyəcək

"Çelsi"nin yeni stadionu Avropada ən bahalı arena ola bilər.

 

Sportinfo.az xəbər verir ki, "zadəganlar" Londonda 60 min nəfərlik idman qurğusunun inşasına 1 milyard funt sterlinqdən (1,11 milyard avro) çox vəsait sərf edəcəklər.


Əvvəllər bu məbləğin smeta dəyərinin 500 - 550 milyon funt (560 milyon avro) olacağı bildirilirdi. Lakin yekun layihənin təsdiqlənməsindən sonra stadionun tikintisinin bir neçə dəfə baha başa gələcəyi müəyyənləşib.


Hələlik ən bahalı arenalar ABŞ-da yerləşir. Bunlar Nyu-Cersidəki "Metlayf Stadium" və Atlantadakı "Mersedes-Bens Stadium"dur. Hər iki arena amerikan futbolu üçün nəzərdə tutulub və 1,3 milyard avroya başa gəlib.


Yeni stadionda ilk görüşün 2024-2025 mövsümündə təşkili nəzərdə tutulub. "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndi. Bu komandalar noyabrın 22-də Bakıda üz-üzə gələcəklər. 

Tarix: 17 Noyabr 21:56    Oxunub: 132    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.