"Yəqin nəyisə səhv etdik ki, "Qarabağ"a uduzduq"

Premyer Liqanın 12-ci turunda "Sumqayıt" səfərdə “Qarabağ”a uduzub - 0:2.
 
Sportinfo.az xəbər verir ki, matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib. Abasov oyunla bağlı bunları deyib:
 
"Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar. Yəqin nəyisə səhv etdik ki, uduzduq.
 
Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq.
 
Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də, rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik.
 
Bu gün “Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü".
Tarix: 17 Noyabr 21:32    Oxunub: 145    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.