“Qarabağ” 1 saat azlıqda qaldı, “Sumqayıt”a qalib gəldi

Bu gün Premyer Liqada 12-ci tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

 

Son çempion “Qarabağ” “Sumqayıt”la üz-üzə gəlib. Bu oyun ilklə yadda qallb. Belə ki, Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçına ev sahibliyi edib.

 

Bu matç həm də Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Çelsi" ilə ev oyunu öncəsi son sınağı idi.

 

Qarşılaşma məhz buna görə Olimpiya stadionunda keçirilib. Belə ki, "zadəganlar"la oyuna yaxşı hazırlaşmaq istəyən "köhlən atlar" çempionatdakı ev oyununu məhz həmin matçın keçiriləcəyi arenaya salıb. 

 

Görüş meydan sahibləri üçün yaxşı başlamayıb. İlk yarım saatın tamamında qapıçı İbrahim Şehiç Ağdam təmsilçisini azlıqda qoyub.

 

Amma bundan cəmi bir neçə dəqiqə sonra hesabı açan "Qarabağ" fasilədən sonra daha bir qol vurmaqla inamlı qələbəyə sevinib.

 

“Qarabağ” - “Sumqayıt” 2:0
Qol: R.Almeyda, 41. D.Ndlovu, 65.
Qırmızı vərəqə: İ.Şehiç, 31.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev.
Bakı Olimpiya Stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov. 
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

Tarix: 17 Noyabr 20:32    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.