Növbəti turu buraxacaq oyunçuların adları açıqlandı

Noyabrın 20-də futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 8-ci turun oyunları keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, qırmızı vərəqə üzündən bu turda komandasına kömək edə bilməyəcək 3 oyunçu var.

 

“Araz”dan İsa Atayev “Neftçi” İK ilə qarşılaşmada birbaşa qırmızı vərəqə aldığına görə, İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb. Bu üzdən o, EKOL-la oyunda da komandasına kömək edə bilməyəcək.

 

“Marafon Futsal”dan Rüstəm Bağırzadə və “Neftçi” İK-dan Sadiq Cavid də son dueldə qırmızı vərəqə ilə cəzalandırılıblar.

 

Düzdü, onlarla bağlı İK qərarını cərşənbə aşxamı açıqlayacaq. Amma istənilən halda qırmızı vərəqə aldıqlarına görə, 8-ci turun matçında meydana çıxa bilməyəcəklər.

 

Arxada qalan 7 tur ərzində cəmi bir futzalçı sarı vərəqə limitini doldurub. Belə ki, “Neftçi”nin üzvü Tural Qurbanov “Marafon Futsal”la dueldə mövsümdə dördüncü “sarı”nı aldı və cəzalı duruma düşdü.

 

O da 8-ci tur çərçivəsində “Yasamal” FK ilə matçı tribunadan izləyəcək. Passivində 2 və artıq sarı vərəqəsi olan oyunçuların siyahısını diqqətinizə çatdırırıq:

 

Sarı vərəqələr
Tural Qurbanov (“Neftçi” İK) – 4
Mortoza Cahandost (“Yasamal”) – 3
Reza Toloui (“Yasamal”) – 3
Seymur Məmmədov (“Marafon Futsal”) – 3
Tural İsmayılıov (“Neftçi” İK) – 2
Sadiq Cavid (“Neftçi” İK) – 2
Mehram Eydeli (“Neftçi” İK) -2
Əjdər Əjdərov (“Neftçi” İK) – 2
Vüsal Səfərov (“Yasamal”) – 2
Omid Oraz (“Yasamal”) – 2
Hamed Khodai (“Marafon Futsal”) – 2
Elşən İbrahimxəlilov (“FK.İD.Futsal”) – 2
Faiq Əliyev (“FK.İD.Futsal”) – 2
Nihad İsmayılov (“FK.İD.Futsal”) – 2
Fərid Ələkbərov (EKOL) – 2
Rizvan Fərzəliyev (“Araz”) – 2
Omid Talebi (“Marafon Futsal”) – 2
Teles Thaqo (“Araz”) - 2

Tarix: 17 Noyabr 20:12    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.