“Bizə asan olmayacaq, amma "Səbail"i udmalıyıq” - Diniyev

“Kəpəz” Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail” ilə keçiriləcək oyunun hazırlıqlarını başa vurub. 

 

Sportinfo.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi fikirlərini klub saytı ilə bölüşüb:

 

“Bizim üçün çox vacib oyundu. “Səbail” ilə aramızdakı xal fərqini aradan qaldırmaq üçün qələbə qazanmalıyıq. Rəqib yaxşı komandadı. Heyətləri yerli və gəlmə futbolçulardan formalaşıb. Bizə asan olmayacaq.

 

Ən çətin oyunlarımızdan birini keçirəcəyik. Meydana 3 xal üçün çıxacağıq. Heç vaxt optimal heyətlə oynaya bilməmişik. Çünki həmişə zədəli futbolçularımız olub. Amma qarşıdakı matça nikbin baxa bilərik. Çünki zədəlilərimiz sağalıb.

 

Düzdü, fiziki formaları istənilən səviyyədə deyil. Amma onların sağalması məni sevindirir. Futbolçular komandaya maksimum şəkildə fayda vermək üçün meydançaya çıxacaqlar”.

Tarix: 17 Noyabr 20:00    Oxunub: 96    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.