Prezidentdən açıqlama: Messi yeni müqavilə təklifini...

"Barselona"da argentinalı ulduz futbolçu Lionel Messinin gələcəyi dəqiqləşib. Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu "katolon klubu" ilə yola davam etmək qərarına gəlib.
 
Bu barədə La Liqanın prezidenti Xavier Tebas məlumat verib. Tebas jurnalistlərə açıqlamasında Messinin "Barselona" ilə yeni müqavilə imzaladığını bildirərək bütün iddia və söz-söhbətlərə son qoyub:
 
"Artıq Messinin yenilənmiş bir müqaviləsi var. Müqavilələr rəsmi olaraq ictimaiyyətə açıqlandıqdan sonra yox, imzalandığı andan etibarən qüvvəyə minir. Əgər mənə səhv məlumat verilmədisə "Barselona" Messi ilə yeni müqavilə imzaladı".
 
Xatırladaq ki, Lionel Messi barədə son olaraq hazırda "Mançester Siti"ni çalışdıran sabiq baş məşqçisi Pep Qvardiola ilə görüşdüyü barədə iddialar ortaya atılmışdı.
Tarix: 17 Noyabr 16:01    Oxunub: 195    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.