Ciddi itki: Oyunu tribunadan izləyəcəklər

"Fənərbağça"da zədə şoku yaşanır. Sportinfo.az xəbər verir ki, komandanın iki üzvü sıradan çıxıb.
 
Söhbət Mateu Valbuena və Maurisio İsladan gedir. Bildiyiniz kimi hər iki legioner "Osmanlıspor"la matçın ilk hissəsində zədələnərək meydanı tərk etməli olmuşdu. Aradan keçən müddət ərzində oyunçular hələ də zədədən tam olaraq xilas ola bilməyiblər və komanda ilə birlikdə məşqlərə başlamayıblar. Bu səbəblə Valbuena və İsla bazar günü Superliqanın növbəti turu çərçivəsində "Sivasspor"la qarşılaşmanı tribunadan izləməli olacaqlar.
 
Qeyd edək ki, uğursuz bir mövsüm keçirən "Fənərbağça" arxada qalan 11 turdan sonra turnir cədvəlində 17 xalla yeddinci pillədə qərarlaşıb.
Tarix: 17 Noyabr 15:37    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.