Baş katib UEFA nümayəndələri ilə görüşdü

2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.
 

Sportinfo.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti AÇ-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Guillaume Poisson və Fan Zonalar üzrə menecer Thomas Gloorla görüşüb. UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində AÇ-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.

 

Xatırladaq ki, AÇ-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Tarix: 17 Noyabr 14:57    Oxunub: 61    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.