Yenidən Premyer Liqaya qayıdırlar

"Mançester Yunayted"də üzlər gülür. Sportinfo.az xəbər verir ki, komandanın iki ulduzu zədədən xilas olub.
 
"Qırmızı şeytanlar"da uzun müddətdir zədəli olan Zlatan İbrahimoviç və mövsümün əvvəlində zədələnən Pol Poqba yenidən komandanın sıralarına qayıdıb. Hər iki oyunçunun müalicəsi başa çatıb. Komanda ilə birlikdə məşqlərə də başlayıblar. "The Sun" nəşrinin iddiasına görə hətta iki oyunçu həftə sonu Premyer Liqanın növbəti turu çərçivəsində "Nyukasl Yunayted"lə keçiriləcək qarşılaşmanın siyahısına daxil ediləcək və qarşılaşmaya ehtiyat heyətdə başlayacaqlar.
 
Xatırladaq ki, "Mançester Yunayted" Premyer Liqada arxada qalan 11 turdan sonra turnir cədvəlində 23 xalla ikinci pillədə qərarlaşıb.
Tarix: 17 Noyabr 13:06    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.