Hücumçunun istəyi yerinə yetirilir: Yeni transfer olacaq

Bir müddət əvvəl "Bavariya"nın polşalı ulduzu Robert Levandovski klubuna onun alternativini transfer etməyi məsləhət görmüşdü. Beləcə 15-20 dəqiqə daha az oynayaraq günücə qənaət edə biləcəkdi.
 
Görünür "Bavariya" rəhbərliyi 29 yaşlı hücumçunun məsləhətinə qulaq verib. Belə ki, Bundesliqa nəhəngi hücumçu transferi üçün təmaslara başlayıb.
 
Sportinfo.az xəbər verir ki, ilk hədəf olaraq isə "Hoffenhaym"ın alman üzvü Sandro Vaqner seçilib. "Hoffenhaym"ın baş məşqçisi Yulian Naqelsman bu istiqamətdə yayılan iddiaları təsdiqləyib. Bununla yanaşı ötən həftə təcrübəli hücumçunun özü yanvarda komandadan ayrılmaq üçün rəhbərlikdən icazə istəyib. "Hoffenhaym"ın bu keçidə maneə törətməyəcəyi, ancaq transferin baş tutması üçün "Bavariya"nın da azı 10 milyon avro ödəməli olduğu bildirilir.
 
Qeyd edək ki, 29 yaşlı Sandro Vaqner "Bavariya"nın yetirməsi olub. Komandadan 2008-ci ildə "Duysburq"a keçəcək ayrılıb.
Tarix: 17 Noyabr 12:40    Oxunub: 358    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.