Premyer Liqa klubu Cenk Tosun üçün İstanbula gəlir

"Beşiktaş"ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bu mövsüm nümayiş etdirdiyi oyunla Avropa klublarının diqqətini üzərinə çəkən 26 yaşlı hücumçuya "Nyukasl Yunayted" "elçi" düşüb.
 
Bu barədə "Habertürk" nəşri məlumat yayıb. İddiaya görə "Nyukasl Yunayted"in transfer işlərini idarə edən Stiv Nikson Cenki izləmək üçün Türkiyənin Albaniya ilə keçirdiyi qarşılaşmada tribunada olub. Təcrübəli futbolçu sözügedən matçda qol vura bilməsə də iki məhsuldar ötürmə edib və bu Niksonun diqqətindən yayınmayıb.
 
Kluba Cenk Barədə müsbət rəy verən Stiv Nikson, onu bir daha canlı izləmək üçün "Beşiktaş"ın Çempionlar Liqasında "Porto" ilə qarşılaşmasını izləmək üçün İstanbula gələcək.
Tarix: 17 Noyabr 11:36    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.