Messiyə pul verib - Yoxlama oyununda meydana çıxmaq üçün

İdman marketinq kompaniyası “Torneos y Competencias”ın sabiq rəhbəri Alexandro Bursako Nyu-Yorkda keçirilən məhkəmə zamanı diqqətçəkən açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, Bursako korrupsiyada ittiham olunaraq, həbs edilib. O, ifadəsində bildirib ki, Lionel Messiyə və bir neçə başqa futbolçuya yoxlama oyununda meydana çıxmaq üçün pul verib.

 

O, Messiyə və Argentina yığmasının adları açıqlanmayan daha bir neçə futbolçusuna 200 min dollar verdiyini etiraf edib.

 

Bursako 2015-ci ilin noyabrında dələduzluq etdiyini, çirkli vəsaitin yuyulması ilə məşğul olduğunu boynuna alıb. O, FİFA-dakı korrupsiya əməliyyatı ilə bağlı ittiham olunan 42 funksionerdən biridi.

Tarix: 17 Noyabr 11:12    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.