"Biz ən xırda nüansları nəzərə almalı, öz yolumuza qayıtmalıyıq"

"Milan"ın keçmiş rəhbəri Silvio Berluskoni Karlo Ançelottini İtaliya milli komandasının yeni baş məşqçisi vəzifəsinə daha uyğun namizəd adlandırıb.

 

Sportinfo.az xəbər verir ki, onun sözlərini "Porta a Porta" nəşri sitat gətirib. "Ançelotti yığmanın yeni məşqçisi təyin edilərsə, bu, düzgün seçim olacaq.

 

İtaliya futbolu hazırda yaxşı günlərini yaşamır, düşünürəm ki, dünya çempionatının təsnifat mərhələsinin "play-off"unda uğursuzluq ağrılı hadisə olmaqla yanaşı, ölkəmizə ciddi zərbə vurdu.

 

İtaliyanın Rusiyada keçiriləcək turnirdə təmsil olunmaması, adamı çox məyus edir. Biz ən xırda nüansları nəzərə almaqla, öz yolumuza qayıtmalı və beynəlxalq təcrübəyə malik məşqçi dəvət etməliyik", — deyə Berluskoni bildirib.

Tarix: 17 Noyabr 10:36    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.