7 uşaq və 7 “Qızıl top” istəyir


Bir neçə gün öncə dördüncü dəfə ata olan futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun ulduz oyunçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, o, həm uşaqlarının, həm də qazandığı “Qızıl top”ların sayını artırmaq arzusunda olduğunu dilə gətirib:

 

“Nə qədər ki oynayıram, bütün mükafatlara sahib çıxmaq istəyirəm. Arzum beşinci dəfə “Qızıl top” mükafatına sahib çıxmaqdı. Bir il sonra isə altıncı dəfə bu mükafatı qazanmaq imkanım olacaq.

 

Şadam ki, uşaqlarla əhatə olunmuşam. Onları çox sevirəm. Mənim üçün uşaqsız həyat heç bir məna kəsb etmir. Yeddi uşaq, bir o qədər də “Qızıl top” istəyirəm”.

Tarix: 17 Noyabr 10:24    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.