“Kəpəz”in milliyə gedən gənc futbolçuları qayıtdı

Noyabrın 18-də Gəncədə “Səbail” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığın Bakı hissəsini başa vurub.

 

Sportinfo.az xəbər verir ki, komanda bu gün keçirdiyi son məşqlə paytaxtdakı məşqləri tamamlayıb.

 

21 yaşadək futbolçulardan ibarət yığma komandanın tərkibində olmuş İlyas Səfərzadə ilə İlkin Sadıqov da dünəndən artıq düşərgəyə qoşulub. Hər iki futbolçu məşqlərdə iştirak edir.

 

“Sarı-göylər” matç öncəsi sonuncu məşqi sabah Gəncədə keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.

Tarix: 17 Noyabr 09:36    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.