VİDEO: "Buranı pisləyirlər, ötən mövsüm çox söz-söhbət var idi"

"Binə"nin hücumçusu Bəxtiyar Soltanov komandanın rəsmi "youtube" kanalına açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, milli komandamızın sabiq futbolçusu maraqlı açıqlamarı ilə yadda qalıb. Soltanov ilk olaraq Premyer Liqa ilə 1-ci divizionun fərqindən danışıb:

 

"Fərq ondadı ki, Premyer Liada usta futbolçular daha çoxdur. Orada oynamaq daha asandı. 1-ci divizionda isə gərək ancaq mübarizə aparasan, qaçasan. Artıq 1-ci divizionda 3-cü klubda çıxış edirəm.

 

Təcrübəmə qaynaqlanıb deyirəm ki, burada ancaq qaçmaq lazımdır. Qaçmasan, nəticə əldə edə bilməyəcəkən. Premyer Lia tam fərqlidi. Orada usta futbolçular cəmləşib. Daha çox ağılla oynamalısan".

 

Bir zamanlar "Bakı" klubunun aparıcı siması olan Soltanov paytaxt klubundan ayrılmasına görə peşman olduğunu dilə gətirib:

 

"Bakı"dan ayrıldığım üçün peşman oldum. Gərək "Bakı"nın sıralarını tərk etməyəydim. Ordan ayrılandan sonra həmin rahatlığı başqa heç bir klubda tapmadım.

 

Ən böyük peşmanlığım elə "Bakı"dan ayrılmağımdı. Ancaq heç nə pisə doğru da getmədi. ƏIlimizdən gələni etməliyik ki, Premyer Liqaya vəsiqə qazanıb, orada çıxış edək".

 

O, gənc oyunçulara tövsiyə də edib: "Futbolçu peşəkardısa, 1-ci divizionda oynamaq onun zəifləməsinə mane ola bilməz. Düzdü, buranı pisləyirlər. Ötən mövsüm də çox söz-söhbət gəzib-dolaşdı. Amma düşünürəm ki, bu mövsüm gördüyüm ən güclü 1-ci diviziondur.

 

Peşəkar olmalısan. Peşəkar olandan sonra hardan oynayırsan, oyna. Təcrübəmə əsaslanaraq bunu deyirəm. Özüm də çox səhlənkarlıq etmişəm. Ona görə də 1-ci divizionda oynamışam. İndidən gənclərə məsləhətim odur ki, bu yolu tutublarsa, ciddi getsinlər. Gələcəkdə nəticəsini görəcəklər".

 

Tarix: 17 Noyabr 09:24    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.