Vüqar qol vurdu, komandası elitaya vəsiqə şansını saxladı

Latviya çempionatının yüksək liqasına vəsiqə uğrunda ilk pley-off oyunu keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Vüqar Əsgərovun formasını geyindiyi “Olayne” doğma meydanda “Metta/LU” ilə qarşılaşıb.

 

Latviya ikinci liqasında gümüş medalları qazanan futbolçumuzun komandası elitada sonuncu yeri tutmuş rəqibi ilə görüşdən heç-heçə ilə ayrılıb - 1:1.

 

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 88-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Əsgərov vurub. 7-ci dəqiqədə rəqib hesabı açsa da, 21-ci dəqiqədə səhnəyə çıxan Vüqar bərabərlik qoluna imza atıb.

 

Bu komandalar arasındakı cavab görüşü noyabrın 20-də baş tutacaq. Cütün qalibi gələn mövsümdən elitada, məğlubu isə ikinci liqada mübarizə aparacaq.

Tarix: 17 Noyabr 08:48    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.