Danışıqlara ara versə də, hələ onun xidmətində maraqlıdı

“Fənərbağça” “Everton”un yarımmüdafiəçisi Devi Klassenin xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. İstanbul təmsilçisi 24 yaşlı futbolçunu qışda heyətinə cəlb etməyi planlaşdırır.

 

Hollandiyalı oyunçunu icarəyə götürmək istəyən “sarı-lacivərdlilər” Liverpul klubunun 6 aylıq icarə üçün tələb etdiyi 2,2 milyon avrodan sonra geri addım atmağa məcbur olub.

 

Belə ki, bu məbləği çox yüksək hesab edən türklər, Klassenin keçidi üçün danışıqlara ara versə də, hələ də onun xidmətində maraqlıdı.

 

“Everton”a yayda “Ayaks”dan keçən Klassen, bu mövsümdə 8-i start heyətində olmaqla cəmi 11 oyunda şans qazanıb. Yarımmüdafiəçi Hollandiya millisinin də üzvüdü.

Tarix: 17 Noyabr 08:12    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.