Millinin keçmiş hücumçusu: "Ançelotti ideal seçimdi"

Campyero Venturanın istefaya göndərilməsindən sonra İtaliya millisi baş məşqçisiz qalıb.

 

Sportinfo.az xəbər verir ki, “skuadra adzurra”nın mundiala vəsiqə qazana bilməməsindən sonra yığmanın “sükanı arxasına” hansı mütəxəssisin keçməli olması barədə müzakirələr başlayıb.

 

İtaliya millisinin keçmiş hücumçusu Canluka Viallinin fikrincə, yığma hazırda işsiz olan Karlo Ançelottiyə tapşırılmalıdı.

 

O, “Gazetta dello Sport”a açıqlamasında yığmanın keçmiş müdafiəçisi Paolo Maldininin isə millidə menecer vəzifəsində çalışmalı olduğunu deyib:

 

“Ançelotti ideal seçimdi. Ona hamı hörmət edir. Onun beynəlxalq təcrübəsi var, bir çox titullar qazanıb. Mən onu italyan Del Boske adlandırardım.

 

Sadəcə, onun milliylə bağlı layihəsinin olmasını istərdim. Çox istərdim ki, Paolo Maldini yığmanın meneceri olsun. Necə ki, Oliver Birhoff Almaniya yığmasındadı”.

Tarix: 17 Noyabr 08:00    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.