"Mən elə adam deyiləm, əsla sözümdən dönmərəm"

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş bu il Türkiyə millisinə keçməməsinin səbəbini açıqlayıb.

 

Sportinfio.az xəbər verir ki, 65 yaşlı mütəxəssis “ay-ulduzlular”la anlaşmamasının əsas səbəbi kimi bunadək artıq “Beşiktaş”la yeni müqavilə bağlamasını göstərib:

 

“Beşiktaş”la müqaviləmiz 1+1 illik nəzərdə tutulmuşdu. Növbəti bir il üçün də rəhbərliklə razılığa gəldik. Ancaq bəzi detallara görə müqaviləni yenidən imzalamalıydım. Həmin vaxt milli komandadan da təklif gəldi. Klub prezidenti “get, danış” dedi.

 

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə danışdım. İstəsəm, həmin vaxt milli komandayla anlaşa bilərdim. Ancaq mən elə adam deyiləm. Əsla sözümdən dönmərəm. Daha öncə də milliylə klubu eyni anda çalışdırmayacağımı demişdim”.

 

Günəş 2000-2004-cü illər aralığında Türkiyə millisini çalışdırıb. “Ay-ulduzlular” DÇ-2002-də onun rəhbərliyi altında bürünc medal qazanaraq, tarixi ərzində ən böyük uğura imza atıb.

Tarix: 16 Noyabr 16:00    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.