"Qarabağ"-"Çelsi" matçına doğru: Növbəti xal almaq üçün şans...

Çempionlar Liqasının oyunlarına az bir müddət qalib. Bu oyunları, azərbaycanlılar üçün daha da həyəcanlı və maraqlı edən ölkə təmsilçimiz "Qarabağ"ın da bu yarışda iştirak etməsidi.

 

Sportinfo.az xəbər verir ki, təmsilçimiz növbəti hazırda qrup mərhələsində 2 xalla sonuncudu. Hər iki xalını "Atletiko Madrid"dən alan, hətta hər iki matçda meydanda xallar buraxan "Qarabağ", növbəti ev matçını "Çelsi"yə qarşı keçirəcək.

 

Komandalar arasında ilk matçda "Çelsi" "Qarabağ"ın qapısından 6 cavabsız top keçirmişdi. Bu matçın "Qarabağ"ın ilk oyunu olduğunu nəzərə alanda, növbəti matçın fərqli hesabla yekunlaşa biləcəyini düşünmək olur.

 

"Qarabağ"ın artıq bir neçə matç keçirərək, daha təcrübəli hala gəlməsi ilə yanaşı, "Çelsi"nin də böyük itkiləri var. Britaniya mətbuatının verdiyi məlumatına görə, “zadəganlar”ın ulduzu Eden Azar, Temue Bakayoko, Mişi Batşuayi və Alvaro Morata kimi oyunçuları zədələniblər və böyük ehtimalla "Qarabağ"la matçda onlar çıxış etməyəcəklər.

 

Oyunla bağlı daha bir məlumat isə budur ki, qarşılaşmada xoreoqrafiya şousu olacağı gözlənilir. Bu, indiyə kimi hazırlananların arasında ən böyük xoreoqrafiya şousu olacaq.

 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov musavat.com-a deyib ki, bu oyuna maraq digərlərindən daha çoxdur: "Düşünün ki, Küveyt, İran, Rusiya, Gürcüstan və digər ölkələrdən media işçiləri bu matç üçün qeydiyyatdan keçiblər. Hazırda təxminən 500-600 arası bilet qalıb, digərləri satılıb. Azarkeşlər üçün isə ötən dəfə olduğu kimi nəqliyyat köməkliyi olacaq. Hər kəs rahat şəkildə matça gələ bilərlər".

Tarix: 16 Noyabr 15:00    Oxunub: 287    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.