Israilli milyarder Azərbaycana bağlı klubun səhmlər paketini alır

İsrailli milyarder İdan Ofer Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko”nun səhmlərinin 10-15 faizini əldə etmək üçün danışıqlar aparır.


"AS" xəbər verir ki, sövdələşmənin dəyəri 500-700 milyon avro həcmində qiymətləndirilir. Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, “Kenon Holdings” korporasiyasının sahibi olan 62 yaşlı biznesmen “Atletiko”nun minoritar səhmdarlarından olacaq.

 

Bu isə o deməkdi ki, İ.Ofer klubun idman fəaliyyətinə müdaxilə edə bilməyəcək. “Atletiko”nun səhmlərinin 54,64 faizi klubun icraçı direktoru Migel Anhel Gil Marinə, 20 faizi Çinin “Wanda” şirkətinə, 17,9 faizi Madrid təmsilçisinin prezidenti Enrike Seresoya, qalanları isə minoritar səhmdarlara məxsusdu.

 

Klubun borclarının böyük qismi - 279 milyon avrosu M.A.Marinlə E.Seresonun üzərindədi. “Atletiko” rəhbərliyi borcların bir hissəsini bağlamaq üçün klubun əvvəlki stadionu “Visente Kalderon”un yerləşdiyi torpaq sahəsini satmaq niyyətindədi. 


Ispaniya təmsilçisi 2011-2014-cü illər aralığında Hafiz Məmmədovun nəzarətində olub. Tanınmış azərbaycanlı iş adamı bu müddətdə “Atletiko”ya 50 milyon avrodan artıq sərmayə yatırıb.

 

Bunun müqabilində klubun əsas minoritar sahibinə çevrilib, formaların üzərində “Lanf of fire Azerbaijan” yazdırıb, bu yolla Azərbaycanın dünya idman arenasında böyük təblıiğinı aparıb. Biznesi defolt olandan sonra isə səhmləri Gil Marinin əlinə keçib.


SPORTİNFO.AZ

Tarix: 16 Noyabr 14:48    Oxunub: 667    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.