"Kkonflikt yaranacaqsa, baş məşqçi mütləq qovulacaq”

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba klubun sahibi Roman Abramoviçin iş metodu barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Droqba Abramoviçin baş məşqçilərə münasibətini də açıqlayıb. O, çalışdırıcıların klubun sahibi ilə konfliktə girməyinin mənasız olduğunu bildirib:

 

“Hər kəs deyir ki, “Çelsi” o qədər də sabit komanda deyil. Amma müasir futbolda elə bir məşqçi tanımıram ki, komandanı 3-4 il ardıcıl sabit saxlaya bilsin.

 

Mən Abramoviçdən son illərdə nə qədər məşqçinin qovulduğu barədə soruşdum. O isə cavabında dedi ki, istefalardan sonra nəticə olub.

 

Kluba gələn baş məşqçiyə Abramoviç bütün səlahiyyətləri verir. Baş məşqçi nəyi düz hesab edirsə, elə də qərar qəbul olunur.

 

Ona görə də, klub sahibi ilə söhbətlərə ehtiyac qalmır. Abramoviçlə konfliktə girmək də mənasızdı. Çünki konflikt yaranacaqsa, baş məşqçi mütləq qovulacaq”.

Tarix: 16 Noyabr 14:36    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.