Azərbaycan birinciliyinin ilk gününə yekun vuruldu

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, yarışların birinci günü qızlar arasında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.


Yekunda Xəlilova Ruslana (36 kq), Şirinzadə Aydan (40 kq), Alıyeva Səbinə (44 kq), Kərimova Vüsalə (48 kq), Bayramova Ülviyyə (52 kq), Səfərova Fəridə (57 kq), Ağayeva Südabə (63 kq), Əmirli Nərmin (70 kq), Kərimova Rəvanə (+70 kq), Rzayev Aydın (46 kq) və Hacıyev Mirağa (50 kq) Azərbaycan çempionu adını qazanıblar.

 

Yyarışda 565 cüdoçu mübarizə aparır. Yeniyetmələrin ölkə birinciliyi noyabrın 17-də başa çatacaq.

Tarix: 16 Noyabr 13:48    Oxunub: 93    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.