Salyanda "razborka" təşkil edən boksçu tapança və narkotiklə tutuldu!

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı Salyan şəhər sakini, Y.Qaqarin küçəsi, ev 10-da yaşayan İlqar Əliyevdən qanunsuz saxladığı “Naqan” tipli tapança və 20 qram həşiş götürülüb.

 

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, İlqar Əliyev keçmiş boksçudur və əvvəllər dəfələrlə respublikada keçirilən boks yarışlarının qalibi olub. 

 

O, qanunsuz silah gəzdirdiyinə və narkotik maddələrin satışına görə dörd dəfə məhkum olunub. Sportinfo.az xəbər verir ki, İ.Əliyevin qanunsuz “razborkalar” təşkil etdiyi də deyilir. İlqar Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Tarix: 25 Yanvar 12:36    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.