DÇ-2018: Səbətlər bəlli oldu

DÇ-2018-in bütün iştirakçıları məlum olub. Seçmə mərhələnin qitələrarası pley-off oyununda Yeni Zelandiyanı 2:0 hesabıyla məğlub edən Peru millisi mundiala sonuncu - 32-ci vəsiqənin sahibi olub.

 

Sportinfo.az xəbər verir ki, artıq gələn il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların püşkatmada hansı səbətdə yer alacağı da müəyyənləşib.

 

Dekabrın 1-də Moskvada keçiriləcək püşkatmada 32 komanda 4 səbətə bölünüb. Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

 

1-ci səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa 

2-ci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya

3-cü səbət: Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal, İran

4-cü səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Xatırladaq ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

 

Tarix: 16 Noyabr 12:12    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.