"Onların klubu qışda tərk edəcəyi variantı istisna deyil"

“Arsenal”ın liderləri Məsut Özillə Aleksis Sançesin klubda qalıb-qalmayacağı dəqiqləşməyib.

 

Sportinfo.az xəbər verir ki, hər iki futbolçunun qışda “Arsenal”ı tərk etmə ehtimalı var.  Sançesin də, Özilin də “Arsenal”la qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.

 

Bu barədə məlumatı “Arsenal”ın baş məşqçisi Arsen Venger verib.  O, qışa qədər əldə ediləcək nəticələrdən sonra qərar veriləcəyini də vurğulayıb: “Özillə Sançesin gələcəyi? Hələlik heç nə dəqiqləşməyib. 

 

Onların klubu qışda tərk edəcəyi variantı istisna deyil. Bu, bizim qazanacağımız nəticələrdən asılı olacaq. Hər şeyə dekabrın sonunda aydınlıq gələcək”.

Sançesin də, Özilin də “Arsenal”la qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.

 

Tarix: 16 Noyabr 11:24    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.