Azərbaycan yığmasının 8 üzvü "Alans" turnirində iştirak edəcək

Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, noyabrın 18-də start götürəcək yarışda baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığmanın 8 üzvü mübarizə aparacaq.

 

Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.


I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və turnirin gedişinə nəzarət edəcək. Görüşlərin idarə edilməsində isə Azərbaycanı beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

 

Turnirin proqramına əsasən, noyabrın 18-də 57 kq, 65 kq, 74 kq və 97 kq çəkidə, noyabrın 19-da isə 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrindəki pəhləvanlar arasında qaliblər müəyyənləşəcək.

Tarix: 16 Noyabr 11:12    Oxunub: 67    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.