Kamran "Mlada"dan qovulması barədə: "Mən heç yerə getmirəm"

“Klubumda hər şey qaydasındadır. Baş məşqçi ilə də münasibətlərim yerindədir. Heç yerə getmirəm”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri sport24.az-a açıqlamasında Azərbaycan millisinin qapıçısı Kamran Ağayev deyib.

 

O, şərəfini qoruduğu “Mlada Boleslav"ın heyətində Çexiya çemionatının XIII turda “Ostrava” ilə oyunda aldğı qırmızı vərəqədən sonra komandadan qovulması haqqında gəzən söhbətlərə münasibət bildirib. Ağayev hazırda komanda ilə məşqlərdə olduğunu deyib:

 

“Komanda ilə məşqlərə qoşulmuşam. Federasiya mənə 1 oyunluq cəza verib. Heç bir problemim yoxdur. Özümü çox rahat hiss edirəm. Komandama kömək etməyə çalışıram. Birinci dövrənin sonuna 3 tur var. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq”.

 

Qolkiper “Keşlə”yə keçəcəyi ilə bağlı gəzən şayiələrə də şərh verib: “5 gün Bakıda oldum. Yəqin fikirləşiblər ki, Azərbaycana gəlibsə, komandadan qovulub. Yox, sadəcə gəzməyə gəlmişdim.

 

“Keşlə”yə keçməyimə gəlincə, belə şey yoxdu. Amma həyatda hər şey mümkündü. Zaur Axundovla münasibətlərim yaxşıdı. Hər şey ola bilər. Amma indiki halda belə bir məsələ gündəmdə deyil”.

Tarix: 16 Noyabr 10:48    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.